Bakı. Trend:
Oktyabr ayında keçid dövrünə xas olan hava şəraiti müşahidə edilir, tutqun günlərin sayı çoxalır, düşən yağıntıların miqdarı və havanın temperaturu ötən aylardan fərqlənir. Bu ilin oktyabr ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, aylıq yağıntının miqdarı iqlim normasına yaxın,
bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal
olunur.
Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin
qeyri-sabit, arabir yağıntılı keçəcəyi gözlənilir. Şimal -qərb
küləyi üstünlük təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun
16-18 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına
yaxındır. Gecələr havanın temperaturu 11-16 dərəcə, gündüzlər 18-23
dərəcə, bəzi günlərdə 25 dərəcə isti olacağı gözlənilir. Aylıq
yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir
qədər çox olacağı gözlənilir (norma 26-40 mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur
rayonlarında havanın orta aylıq temperaturu 13-16 dərəcə isti
olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr
havanın temperaturu 5-10 dərəcə, bəzi günlərdə 3 dərəcə isti,
gündüzlər 18-23 dərəcə, bəzi günlərdə 26 dərəcə isti olacağı
gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın
olacağı gözlənilir (norma 19-32 mm).
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin
Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun
9-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına
yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, gündüzlər
9-14 dərəcə, bəzi günlərdə 18 dərəcə isti olacağı gözlənilir. Aylıq
yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir
qədər çox olacağı gözlənilir (norma 47-56 mm).
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan
rayonlarında havanın orta aylıq temperaturunun 10-13 dərəcə isti
olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr
havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə
yaxın, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 15-18 dərəcə isti
olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına
yaxın olacağı gözlənilir (norma 53-56 mm).
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli
rayonlarında havanın orta aylıq temperaturunun 13-16 dərəcə isti
olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr
havanın temperaturu 8-13 dərəcə isti, gündüzlər 18-23 dərəcə isti,
bəzi günlərdə 25-27 dərəcə isti olacağı gözlənilir. Aylıq
yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir
(norma 31-61 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
havanın orta aylıq temperaturunun 11-14 dərəcə isti olacağı
gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın
temperaturu 7-12 dərəcə, gündüzlər 14-19 dərəcə, bəzi günlərdə
23-25 dərəcə, dağlarda gecə 2-7 dərəcə isti, bəzi günlərdə 0-4
dərəcə şaxta, dağlarda gündüzlər 7-12 dərəcə isti olacağı
gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi
yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 33-126
mm).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir,
Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan,
Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 15-17
dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması
daxilindədir. Gecələr havanın temperaturu 11-16 dərəcə, gündüzlər
19-24 dərəcə, bəzi günlərdə 26-28 dərəcə isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə
isə bir qədər çox olacağı gözlənilir (norma 31-46 mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad
rayonlarında havanın orta aylıq temperaturunun 14-17 dərəcə isti
olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr
havanın temperaturu 9-14 dərəcə isti, gündüzlər 18-23 dərəcə, bəzi
günlərdə 25-28 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə isti, bəzi
günlərdə 0 dərəcəyə yaxın, dağlarda gündüzlər 9-14 dərəcə isti
gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi
yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 96-274
mm).