Bakı.Trend:
Cari ilin əvvəlindən su təchizatı sistemlərinə qoşulmaqla bağlı edilmiş 8245 müraciətin 38%-i ləğv edilib.
Trend xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Agentliyi (ADSEA) tərəfindən keçirilən konfransda Agentliyin şöbə müdiri Yusif Əhədi bildirib.
Y.Əhədi qeyd edib ki, ləğv edilmələr sənədlərin düzgün təqdim olunmaması və qanunsuz tikililərə görədir:
“62% müraciət isə icra üçün yönləndirilib. Qərara görə, qoşulma nöqtəsi şəbəkədən 30 metrdən uzaqda olmamalıdır. Amma bəzi hallarda vətəndaşlar su şəbəkəsi olmayan ərazilərdə ev tikir və bu da sonradan çətinliklər yaradır”.