Bakı.Trend:
Beynəlxalq və yerli e-ticarət oyunçuları bir-birini tamamlayaraq fəaliyyət göstərə bilərlər.
Trend xəbər verir ki, bunu "AliExpress"in MDB üzrə baş direktoru Sergey Qreçin Bakıda PASHA Holding tərəfindən təşkil olunan INMerge Innovation Summit çərçivəsində keçirilən “Regional çempionlar yüksəlişdə: aparıcı e-ticarət oyunçuları ölkə sərhədlərindən kənarda iştiraklarını necə genişləndirirlər” mövzusunda panel müzakirəsində deyib.
“Regional "marketplace"lərin öz bazarlarında inkişaf potensialı böyükdür. Əsasən ona görə ki, onlar müştəri davranışını, yerli trendləri daha yaxşı anlayır, daha keyfiyyətli xidmət göstərə bilirlər: bir-iki günə çatdırılma, rahat geri qaytarma və ana dildə dəstək. Bu, hər şeydən öncə xidmət məsələsidir”,- deyə o bildirib.
Qreçin vurğulayıb ki, belə "marketplace"lərin əsas problemlərindən biri məhdud çeşiddir, çünki bu, yerli satıcıların təkliflərindən asılıdır.