Bakı. Trend:
Məlumatın etibarlılığı bu gün çox vaxt ölkələrin və media qurumlarının bir-biri ilə nə dərəcədə səmərəli əməkdaşlıq etməsi ilə müəyyən olunur.
Trend xəbər verir ki, bunu “Özbəkistan 24” Yaradıcı Birliyinin direktor müavini, “Özbəkistan 24” tele-radio kanalının baş prodüseri Xaydar Xasanov “Rəqəmsal transformasiya və media” mövzusunda keçirilən II Azərbaycan-Özbəkistan mediaforumunda deyib.
“Azərbaycan və Özbəkistan artıq siyasi hadisələrin obyektiv işıqlandırılmasını təmin etmək və auditoriyanın xəbərlərə olan etimadını artırmaq üçün media əlaqələrini gücləndirirlər”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, bir sıra ciddi çağırışlar mövcuddur. Həsənov pandemiya dövründən statistika gətirib: ""National Library of Medicine"in məlumatına görə, 2020-ci ildə COVID-19-la bağlı təxminən bir milyon saxta material qeydə alınıb. Sosial şəbəkələrdəki geniş seçməli paylaşımlar arasında bu tip məlumatlar bir il ərzində ümumilikdə 2,35 milyondan çox təkrar paylaşım toplayıb".
“Bu rəqəmlər “infodemiya”nın miqyasını açıq şəkildə göstərir. Müasir şəraitdə xəbər xidmətləri və redaksiyalar üçün aydın etik meyarlar, həmçinin media mühitində vahid oyun qaydaları xüsusi əhəmiyyət kəsb edir”, – deyə o bildirib.
Xasanov həmçinin bunları əlavə edib: “Gələcək üçün effektiv model ikitərəfli faktların yoxlanılmasını, razılaşdırılmış formulyarları, ilkin materialların mübadiləsini və vahid redaktə standartlarını əhatə etməlidir. Belə yanaşma təhrif risklərini azaldır və hər iki ölkənin auditoriyası üçün bütöv mənzərə yaradır”.