...

Yeni informasiya təhdidləri birgə addımların atılmasını tələb edir - Özbəkistan media assosasiyası

Cəmiyyət Materials 30 Sentyabr 2025 15:05 (UTC +04:00)
Yeni informasiya təhdidləri birgə addımların atılmasını tələb edir - Özbəkistan media assosasiyası
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

Dünya bizim onu dərk etməyimizdən daha sürətlə dəyişir və yeni imkanlarla yanaşı yeni təhdidlər də meydana çıxır.

Trend xəbər verir ki, bunu “Rəqəmsal transformasiya və media” mövzusunda keçirilən II Azərbaycan-Özbəkistan media forumu çərçivəsində Özbəkistan Milli Media Assosiasiyasının baş direktoru Abduaziz Abutolipov deyib.

“Bu gün təhlükəsizlik təkcə sərhədlər və ordu demək deyil. Əvvəlcə təhlükəsizlik – bu, informasiya təhlükəsizliyidir. Məhz o, dövlətin dayanıqlığını, cəmiyyətin qorunmasını və insan azadlığını müəyyən edir”, – o bildirib.

Abutolipov vurğulayıb ki, saxta xəbərlər mediaya və dövlət institutlarına etimadı sarsıdır: “Biz bəşəriyyətin əvvəllər tanımadığı çağırışların olduğu bir dövrdə yaşayırıq. Kibertəhdidlər təkcə ayrı-ayrı insanlara deyil, bütöv ölkələrə də zərər yetirir. Sosial şəbəkələrdə manipulyasiyalar milyonların fikirlərini formalaşdırır. Vahid qaydaların olmaması isə cəmiyyəti həssas vəziyyətə salır”.

“Məhz buna görə də informasiya təhlükəsizliyi barədə söhbət təkcə texnologiyalardan ibarət deyil. Bu, mədəniyyət, dəyərlər və gələcək barədə söhbətdir. Biz etimad dünyasında, yoxsa illüziyalar dünyasında yaşayacağıq? Biz anlayırıq ki, heç bir jurnalist təkbaşına dezinformasiya axınını dayandıra bilməz, heç bir redaksiya cəmiyyəti qoruya bilməz, heç bir dövlət sərhəd tanımayan təhdidlə tək mübarizə apara bilməz. Amma birlikdə - biz bacaracağıq”,- o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti