...

Dezinformasiya və kiber-bullinq ictimai dialoqa təhdid yaradır - Akramcon Fozilov

Cəmiyyət Materials 30 Sentyabr 2025 16:06 (UTC +04:00)
Dezinformasiya və kiber-bullinq ictimai dialoqa təhdid yaradır - Akramcon Fozilov
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Dezinformasiya, kiber-bullinq və trolçuluq ictimai dialoqa və təhlükəsizliyə ciddi təhdidlər yaradır.

Trend xəbər verir ki, bunu “Rəqəmsal transformasiya və media” mövzusunda II Azərbaycan - Özbəkistan mediaforumunda Özbəkistan Kütləvi İnformasiya Vasitələrinin Dəstəklənməsi və İnkişafı İctimai Fondunun Himayəçilər Şurasının sədri Akramcon Fozilov deyib.

“Bu hallar KİV-ə və dövlət institutlarına inamı sarsıdır, münaqişələrə təhrik edir və istifadəçilərin psixi sağlamlığına mənfi təsir göstərir”,- deyə o qeyd edib.

Fozilov bildirib ki, bu gün ənənəvi media tədricən sosial şəbəkələrə və fərdiləşdirilmiş kontent platformalarına yer verdiyi bir dövrdə etik və peşəkar standartlar rəqəmsal məkanı tənzimləmək və zərərlərin qarşısını almaq üçün heç vaxt olmadığı qədər vacibdir.

“2023-cü ildən etibarən süni intellekt tərəfindən yaradılmış səs, şəkil və videolardan istifadə etməklə edilən təhdidlərin sayı kəskin artıb. Bu cür manipulyasiyalar təkcə reallığı təhrif etmir, həm də demokratik institutlara, ictimai inama və vətəndaşların təhlükəsizliyinə təhdid yaradır. Bu təhlükələri müəyyənləşdirmək getdikcə çətinləşir. UNICEF-in məlumatına görə, 13–24 yaş arası hər üç gəncdən biri kiberbullinqin qurbanı olub, demək olar ki, hər iki böyüklərdən biri isə şəbəkədə təhqirlərə görə sosial narahatlıq keçirir. Kalyari Universitetinin (University of Calgary) araşdırmaları göstərir ki, internet istifadəçilərinin təxminən 57 faizi müxtəlif formalarda trolçuluqla üzləşib”, - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti