...

Su şəbəkəsinə qoşulma prosesi sadələşdirilib - ADSEA rəsmisi

Cəmiyyət Materials 30 Sentyabr 2025 15:41 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Əvvəl vətəndaşın su şəbəkəsinə qoşulması 13 mərhələdən - qurumdan keçirdisə indi isə 3 mərhələdə birləşdirilir və maksiumum 30 gün müddətində icra olunur.

Trend xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov ADSEA-nın 9 ay ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.

i.Bayramov qeyd edib ki, ADSEA su xətlərinə qoşulmalarla bağlı xüsusi 19 qurumla razılaşmalarla əsasında işləyir:

Qoşulmalar elektron qaydada şəffaf şəkildə həyata keçirilir. ADSEA-nın xidmətlərinin elektronlaşması və müştəri məmnunluğu üçün sistemli işlər həyata keçirilir".

Sədr müavini bildirib ki, su xətlərinə qoşulmalarla bağlı 8245 müraciət qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti