...

Son yeddi ildə sosial islahat paketi üzrə artımların həcmi açıqlanıb

Gündəm Materials 30 Sentyabr 2025 14:43 (UTC +04:00)
Son yeddi ildə sosial islahat paketi üzrə artımların həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2018-2025-ci illərdə 5 böyük sosial islahat paketi həyata keçirilib. Bu islahatların illik əlavə maliyyə tutumu 7,6 milyard manat olmaqla 4 milyon nəfəri əhatə edib.

Trend xəbər verir ki, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, bu dövrdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya isə 2,6 dəfə artıb: "Eyni zamanda dosial müavinət və təqaüd ödənişlərinin həcmi isə 5 dəfə artaraq 1,9 milyard manata çatıb.

Ünvanlı dövlət sosial yardımın orta məbləği 2,5 dəfə, yaşayış minimumu 65%, ehtiyac meyarı isə 2,2 dəfə artırılıb".

"Əlavə olaraq, əmək müqavilələrinin sayı 41% artaraq 1 milyon 851 minə çatıb və bu artımın böyük hissəsi özəl sektorun payına düşüb", - nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti