...

İspaniyada qrip və COVID-19 epidemiyası: ölüm halları qeydə alınıb

Dünya xəbərləri Materials 30 Sentyabr 2025 19:00 (UTC +04:00)
İspaniyada qrip və COVID-19 epidemiyası: ölüm halları qeydə alınıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın Sevilya şəhərinin La Alqaba rayonunda yerləşən qocalar evində qrip və COVID-19 epidemiyası baş qaldırıb.

Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Əndəlüs Səhiyyə və İstehlakçıların İşləri Nazirliyi məlumat yayıb.

Məlumata görə, kəskin respirator infeksiyası epidemiyasına 22 yoluxma halı qeydə alınıb.

Qeyd edilir ki, 6 nəfər xəstəxanaya yerləşdirilib, 2-si artıq evə buraxılıb, 1-nin müalicəsi davam edir.

Üç nəfər və xəstəxanaya yerləşdirilməyən daha bir nəfər isə həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti