Bakı. Trend:
Bu həftə təqribən 154 min federal işçi işdən çıxma paketlərini qəbul etdikdən sonra ABŞ hökumətinin əməkhaqqı sistemini tərk edəcək.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə,maaşlarını sentyabr ayına qədər saxlayan təxirə salınmış işdən ayrılma proqramından yararlanan işçilər üçün çərşənbə axşamı rəsmi ixtisarlar başlayacaq. Bu işdənçıxarılma paketləri ABŞ hökumətinin işçi qüvvəsinin ixtisarına dair federal siyasətinin təməl daşıdır.
Həmkarlar ittifaqları və idarəetmə ekspertlərinin fikrincə, bu, institusional təcrübənin dağıdıcı itkisinə səbəb olacaq və 80 il ərzində dövlət işçilərinin bir ildə ən böyük ixtisarıdır.