...

Filippində zəlzələ qurbanlarının sayı 69-a yüksəldi (YENİLƏNİB)

Dünya xəbərləri Materials 1 Oktyabr 2025 09:41 (UTC +04:00)
Filippində zəlzələ qurbanlarının sayı 69-a yüksəldi (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Filippində baş verən 6,9 bal gücündə zəlzələdə ölənlərin sayı 69-a çatıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, hökumət sağ qalanların axtarışı, eləcə də elektrik və su təchizatının bərpası üçün qurumları səfərbər etdiyini deyib.

Zəlzələ nəticəsində 150-dən çox insan yaralanıb.

XXX

09:40

Filippində baş verən 6,9 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə respublikanın mülki müdafiə idarəsinə istinadən GMA News telekanalı məlumat yayıb.

“Ölənlərin sayı getdikcə artır. Bizə 60 nəfərin öldüyü barədə məlumat daxil olub”, – Filippin Mülki Müdafiə katibi Bernardo Alexandro bildirib.

XXX

07:23

Filippində 6,9 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 30-a çatıb, 37 nəfər isə yaralanıb.

Trend xəbər verir ki, bu barədə "CBN News" məlumat yayıb.

Təcili yardım mərkəzindən bildirilib ki, meyitlər Sebu əyalətinin Boqo şəhər xəstəxanasına gətirilir.

Məlumata görə, San-Remixio əyalətində idman-istirahət kompleksi çöküb, bir çox insan dağıntılar altında qalıb. Ərazidə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

XXX

04:54

Filippində 6,9 bal gücündə zəlzələ nəticəsində azı 20 nəfərin öldüyü bildirilib.

Trend xəbər verir ki, San-Remihio bələdiyyəsində idman-istirahət kompleksi çöküb, bir çox insan dağıntılar altında qalıb. Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun açıqlamasına görə, zəlzələ tektonik mənşəlidir və onun episentri Sebu əyalətinin Boqo şəhərindən 20 km şimal-şərqdə, 5 km dərinlikdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti