...

UEFA Çempionlar Liqasında II tura bu gün yekun vurulacaq

Maraqlı Materials 1 Oktyabr 2025 08:50 (UTC +04:00)
UEFA Çempionlar Liqasında II tura bu gün yekun vurulacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının II turunun son oyunları keçiriləcək.

Trend xəbər verir ki, gün ərzində ümumilikdə 9 görüş baş tutacaq.

Təmsilçimiz “Qarabağ” evdə Danimarkanın “Kopenhaqen” klubunu qəbul edəcək. “Atletik Bilbao” isə Almaniyanın “Borussiya Dortmund” komandasının qonağı olacaq.

"Mançester Siti" səfərdə “Monako” ilə qarşılaşacaq.

Günün mərkəzi oyunu isə Barselonada keçiriləcək. Burada yerli “Barselona” Fransa nəhəngi “PSG” ilə qarşılaşacaq.

Qeyd edək ki, III turun oyunları oktyabr ayının 21-22 də keçiriləcək.

"Sent-Jilluaz" - "Nyukasl Yunayted"
"Qarabağ" - "Kopenhaqen"
"Barselona" - "PSG"
"Monako" - "Mançester Siti"
"Arsenal" - "Olimpiakos"
"Vilyareal" - "Yuventus"
“Borussiya Dortmund” - “Atletik Bilbao”
"Napoli" - "Sportinq"
"Bayer Leverkuzen" - "PSV"

Xəbər lenti

Xəbər lenti