Bakı. Trend:
Əfqanıstanda yerli sakinlərin və monitorinq xidmətlərinin məlumatına görə, çərşənbə axşamı bu ölkədə internet və mobil telefon xidməti kəsilib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Taliban hökuməti bundan əvvəl ədəbsiz videolarla bağlı narahatlığını ifadə edib. Son həftələr isə hakimiyyət “mənəvi narahatlıqları” əsas gətirərək bəzi əyalətlərə fiber-optik xətləri kəsib.
Əhalini xidmətin kəsilməsi ilə bağlı xəbərdar edən özəl telekanal “Tolo News” səlahiyyətlilərin 3G və 4G mobil telefon xidmətlərini bağlamaq üçün bir həftəlik son tarix təyin etdiyini və yalnız köhnə 2G standartının aktiv qaldığını bildirib.