...

Azərbaycan III MDB Oyunlarında medal sıralamasında ikinci yerdədir

İdman Materials 1 Oktyabr 2025 06:00 (UTC +04:00)
Azərbaycan III MDB Oyunlarında medal sıralamasında ikinci yerdədir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan idmançıları III MDB Oyunlarının medal sıralamasında ikinci pilləyə yüksəlib.

Trend xəbər verir ki, hazırda təmsilçilərimizin aktivində 7 qızıl, 18 gümüş və 31 bürünc medal var.

Qızıl medalları taekvondoçular Vasif Səlimov (58 kq), Ziya Həsənli (63 kq), Humay Dadaşova (46 kq), Məryəm Məmmədova (53 kq), samboçular Abdullətif Musayev (53 kq) və Nihad Rəhimov (64 kq), həmçinin üzgüçü Oqtay Hüseynov (400 m qarışıq üzmə) qazanıblar.

Medal sıralamasına Rusiya 47 qızıl, 13 gümüş və 9 bürünc medalla başçılıq edir. Belarus (7 qızıl, 16 gümüş, 17 bürünc) üçüncü, Özbəkistan (3 qızıl, 6 gümüş, 16 bürünc) isə dördüncü pillədə qərarlaşıb.

III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti