...

Litva yeni HHM sistemləri alır

Dünya xəbərləri Materials 1 Oktyabr 2025 06:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Litva hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün yeni sistemlər əldə edəcək.

Trend xəbər verir ki, bunu Litvanın müdafiə naziri Dovile Şakalene bildirib.

Onun sözlərinə görə, İsveçdən “Saab Dynamics” şirkətinin istehsalı olan üçüncü MSHORAD qısamənzilli hava hücumundan müdafiə batareyası, Norveçdən isə dördüncü NASAMS batareyası alınacaq.

Bundan başqa, Litva Ukrayna istehsalı olan dörd “Sky Fortress” PUA radarı və səs tanıma sistemləri ilə də silahlanacaq.

Xəbər lenti

Xəbər lenti