Bakı. Trend:
Böyük Britaniya və Avropa tərəfdaşlarının birgə layihəsi çərçivəsində öz raket gövdəsini yanacaq kimi istifadə edəcək dünyada ilk “özünü yeyən” (autofagiya mühərrikli) kosmik gəmi hazırlanır.
Trend xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.
Məlumata görə, layihə üzərində Lester şəhərində yerləşən “Meridian Space Command” şirkəti Fransanın “Alpha Impulsion” firması ilə əməkdaşlıq edir.
Onlara layihənin ilkin mərhələsini həyata keçirmək üçün 150 min funt sterlinq həcmində dövlət maliyyəsi ayrılıb. Maliyyə vəsaiti layihənin ilkin dizayn mərhələsinə, onun texniki-iqtisadi əsaslandırılmasına sərf ediləcək.