...

Laçında hidrogeoloji tədqiqat işlərinə başlanılır

İqtisadiyyat Materials 30 Sentyabr 2025 20:20 (UTC +04:00)
Laçında hidrogeoloji tədqiqat işlərinə başlanılır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Laçın rayonunda hidrogeoloji tədqiqat işlərinə başlanılır.

Trend-in məlumatına görə, Minkənd-Əhmədli termal-mineral su yatağının təftiş-qiymətləndirilməsi, ehtiyatlarının hesablanması və istifadə perspektivliyinin müəyyənləşdiririlməsi, həmçinin Mil düzənliyi yeraltı su ehtiyatlarının yenidən qiymətləndirilməsi işləri aparılacaq.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Geoloji Kəşfiyyat Agentliyi bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Agentlik sözügedən işlərin icrasını "Hydro-Geo Environnement Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 254,7 min manat ödənilib.

İşlərin həvalə olunduğu "Hydro-Geo Environnement Group" MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Seyfullayev Saleh Əliyar oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti