...

Xorvatiya PUA istehsalını artıra bilər

Dünya xəbərləri Materials 30 Sentyabr 2025 22:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xorvatiya yaxın illərdə FPV tipli pilotsuz uçuş aparatlarının (PUA) istehsalını milyonlarla ədəd səviyyəsinə çatdıra bilər.

Trend-in məlumatına görə, bunu Xorvatiyanın müdafiə naziri İvan Anuşiç bəyan edib.

Nazir bildirib ki, hazırkı imkanlarla istehsalı asanlıqla yarım milyona qədər artırmaq mümkündür. Strateji yanaşma ilə isə bir neçə milyon dron istehsalı da reallaşdırıla bilər. Onun sözlərinə görə, FPV dronları yalnız kamikadze funksiyası daşımır, həm də kəşfiyyat missiyalarında istifadə oluna bilir.

Xorvatiya hakimiyyəti ölkəni Avropa İttifaqında PUA istehsalında lider mövqeyə çıxarmağı hədəfləyir. ABŞ, Fransa, Hindistan və Səudiyyə Ərəbistanı artıq Xorvatiyanın “Orqa” şirkəti ilə FPV dronlarının tədarükünə dair müqavilələr imzalayıb. Qeyd olunur ki, bu dronların istehsalında Çin komponentlərindən istifadə olunmur, bütün detallar Avropa İttifaqı ölkələrində hazırlanır. “Orqa” məhsulları Xorvatiya ordusunun ehtiyacları üçün də alınır.

Xatırladaq ki, Xorvatiyanın xarici işlər naziri Qordan Radman sentyabrın 5-də ölkəsinin “PUA koalisiyasına” qoşulmaq niyyətində olduğunu açıqlamışdı.

Xəbər lenti

Xəbər lenti