...

Bundesverə məxsus təyyarə naməlum şəxslər hücuma məruz qalıb

Dünya xəbərləri Materials 30 Sentyabr 2025 23:07 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bundesverə məxsus hərbi-nəqliyyat təyyarəsi Tselle şəhərində (Aşağı Saksoniya) aerodromdan havaya qalxarkən naməlum şəxslərin pirotexniki vasitələrlə hücumuna məruz qalıb.

Trend-in məlumatına görə, bu barədə "Der Spiegel" jurnalı xəbər yayıb.

Hadisə sentyabrın 26-da, saat 12:00 radələrində (Bakı vaxtı ilə 14:00) baş verib. Hücumu törədənlər “C-130” tipli təyyarəyə zərbə endirə bilməyiblər, lakin pilotlar güclü işıq saçması və ardınca partlayış hiss ediblər. Onlar dərhal aerodrom nəzarətçilərinə məlumat veriblər.

Almaniya Silahlı Qüvvələrindəki mənbələrin sözlərinə görə, hərbi təyyarələrin iştirakı ilə bu kimi insidentlər olduqca nadir hallarda baş verir. Hadisə yerinə hərbçilər və polis cəlb olunsa da, şübhəlilərin izi tapılmayıb. Aerodrom ərazisində partlayıcı maddələrin olması ehtimalı ilə axtarış aparılıb, lakin şübhəli heç nə aşkar edilməyib.

Hazırda həm Bundesver, həm də polis faktla bağlı araşdırma aparır.

Xəbər lenti

Xəbər lenti