Bakı. Trend:
Konqo Demokratik Respublikasının hərbi məhkəməsi keçmiş prezident Cozef Kabila barəsində qiyabi ölüm hökmü çıxarıb.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər yayıb.
Bildirilir ki, Kabila müxtəlif cinayətlərdə — o cümlədən vətənə xəyanət, insanlığa qarşı cinayətlər, qətllər, cinsi zorakılıq, işgəncə və qiyama görə məhkum edilib.
Kabila ittihamları rədd edərək, onları siyasi motivli adlandırıb.