...

Dinlər bizi birləşdirməli, qarşıdurma səbəbi olmamalıdır - Papa XIV Leo

Dünya xəbərləri Materials 1 Oktyabr 2025 01:54 (UTC +04:00)
Dinlər bizi birləşdirməli, qarşıdurma səbəbi olmamalıdır - Papa XIV Leo
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya gözəlliklərlə dolu olsa da, dərin parçalanmalarla yaralanıb və bəzən dinlər bizi birləşdirmək əvəzinə qarşıdurmanın səbəbinə çevrilir.

Trend-in məlumatına görə, bu fikirlər Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo tərəfindən oktyabr ayı üzrə dua videomüraciətində səsləndirilib.

Papa bildirib: “Qoy dinlər silah və ya divarlar kimi istifadə olunmasın, əksinə körpü və peyğəmbərlik mənbəyi olsunlar. Dinlər ümumi rifah arzusunu əlçatan etsinlər, həyatımızı müşayiət etsinlər, ümidi qorusunlar və parçalanmış dünyada birliyin mayası olsunlar. Dinlərdəki sülh, ədalət və qardaşlığın konkret nümunələri bizi fərqliliklərimizin fövqündə birlikdə yaşamağın və çalışmağın mümkün olduğuna inandırsın.”

O, müxtəlif dini ənənələrə mənsub insanların sülhü, ədaləti və insan qardaşlığını qorumaq və təşviq etmək üçün birlikdə çalışması naminə ümumi duaya qoşulmağa dəvət edib.

Xəbər lenti

Xəbər lenti