Bakı. Trend:
UEFA Çempionlar Liqasının əsas mərhələsində II turuna 9 oyun ilə start verilib.
Trend-in məlumatına görə, Türkiyə təmsilçisi "Qalatasaray" İstanbulda İngiltərənin "Liverpul" klubuna minimal hesabla qalib gəlib.
Qazaxıstanın "Kayrat" komandası isə "Real Madrid" qarşısında aciz qalıb və İspaniya klubu 5 cavabsız qol vurub. Eyni zamanda, İspaniyanın digər klubu "Atletiko" "Ayntraxt"a qarşı da 5 qol fərqi ilə qalib gəlib.
"Qarabağ"ın rəqiblər olan "Çelsi" və "Benfika" arasında keçirilən görüşdə meydan sahibləri qalib ayrılıb. "Zadəganlar"a qələbə üçün bir dəqiq zərbə kifayət edib - 1:0.
Digər oyunlarda qeydə alınan nəticələr:
"Kayrat" - "Real Madrid" - 0-5
"Atalanta" - "Brügge" - 2:1
"Qalatasaray" - "Liverpul" - 1:0
"Atletiko Madrid" - "Ayntraxt Frankfurt" - 5:1
"Budyo-Qlimt" - "Tottenhem" - 2:2
"Çelsi" - "Benfika" - 1:0
"İnter" - "Slaviya" - 3:0
"Marsel" - "Ayaks" - 4:0
"Pafos" - "Bavariya" - 1:5
Qeyd edək ki, II turun digər doqquz oyunu bu gün baş tutacaq.