Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, prezident vəzifəsinə başlamazdan əvvəl təxminən 25 milyon insan ölkəyə qanunsuz daxil olub.
Trend-in məlumatına görə, bu barədə o, Ağ Evdə keçirdiyi mətbuat konfransında açıqlama verib.
Tramp deyib: "Siz daha kiçik rəqəmdən danışırsınız, amma mən deyirəm ki, 25 milyon insan qeyri-qanuni şəkildə ölkəyə daxil olub. İndi onların çoxu gedib. 11 mindən çox qatilimiz var idi. Onların bir çoxunu deportasiya etmişik. Bu insanların çoxu ölkədən çıxarılıb, gəldikləri yerə qaytarılıb, bəzi hallarda isə çox təhlükəli olduqları üçün həbs olunublar."