Bakı. Trend:
Rusiya 2024-cü ildə ABŞ-yə ən çox zənginləşdirilmiş uran tədarük edən ölkə olub.
Trend-in məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin saytında yerləşdirilən məlumatlarda bildirilib.
2024-cü ilin sonuna qədər Amerika reaktor sahibləri və operatorları səkkiz təchizatçıdan ümumilikdə 15 milyon ayırıcı iş vahidi (EPP) satın alıblar. Bunların 19%-i ABŞ təchizatçılarından, 81%-i isə xarici təchizatçılardan əldə olunub.
Xarici tədarükdə EPP-nin 20%-i Rusiyadan, 18%-i Fransadan, 15%-i Niderlanddan, 9%-i Böyük Britaniyadan və 7%-i Almaniyadan gəlib.
Bununla belə, Rusiyadan tədarük edilən zənginləşdirilmiş uranın həcmi 2023-cü illə müqayisədə azalıb: 2023-cü ildə ABŞ Rusiyadan 4,1 milyon EPP almışdısa, 2024-cü ildə bu rəqəm təxminən 3 milyon EPP təşkil edib.