...

Kaliforniyada polis pilotsuz taksini yanlış dönmə əməliyyatına görə saxlayıb

Dünya xəbərləri Materials 1 Oktyabr 2025 05:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Kaliforniya ştatının San-Bruno şəhərində polis avtomobili yanlış dönmə əməliyyatına görə cərimələmək məqsədilə saxlayıb.

Trend-in məlumatına görə, bu barədə "The Guardian" nəşri xəbər yayıb.

Avtomobilin sükanı arxasında heç kim olmadığı və onun "Waymo" xidmətinə aid pilotsuz taksi olduğu müəyyən edilib.

Bildirilir ki, pilotsuz taksi qırmızı işıqda dönüb və sürücü olmadığı üçün cərimə yazmaq mümkün olmayıb. "Waymo" şirkətindən bildiriblər ki, vəziyyət araşdırılır.

Xəbər lenti

Xəbər lenti