...

"Qarabağ" Çempionlar Liqasında "Kopenhagen"lə qarşılaşacaq

İdman Materials 1 Oktyabr 2025 09:00 (UTC +04:00)
"Qarabağ" Çempionlar Liqasında "Kopenhagen"lə qarşılaşacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda "Qarabağ" bu gün növbəti oyununa çıxacaq.

Trend xəbər verir ki, Azərbaycan çempionu Danimarkanın "Kopenhagen" klubu ilə üz-üzə gələcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsində növbəti oyununu oktyabrın 22-də səfərdə İspaniyanın "Atletik Bilbao" klubuna qarşı keçirəcək.

Xatırladaq ki, Ağdam təmsilçisi ilk turda səfərdə "Benfika" üzərində 3:2 hesabı ilə qələbə qazanmışdı.

20:45. "Qarabağ" - "Kopenhagen".

Xəbər lenti

Xəbər lenti