...

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat – 59 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 1 Oktyabr 2025 10:24 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə hüquq mühafizə orqanları mərkəzi Mersin olmaqla 6 vilayətdə qanunsuz mərc oyunlarının təşkilatçılarına qarşı genişmiqyaslı əməliyyat keçirib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya öz rəsmi “X” səhifəsində məlumat paylaşıb.

Saxlanılanlardan 34-ü barəsində həbs qətimkan tədbiri seçilib, 25 nəfər isə yazılı iltizamnamənin alınmasından sonra sərbəst buraxılıb.

Saxlanılan şəxslər internet saytları üzərindən qanunsuz mərc oyunları təşkil etməkdə və qanunsuz pul köçürmələrinə vasitəçilik etməkdə şübhəli bilinirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti