...

AMEA-da 2020-2023-ci illərdəki qanun pozuntuları ilə bağlı araşdırma aparılır - Baş Prokuror

Cəmiyyət Materials 1 Oktyabr 2025 09:53 (UTC +04:00)
AMEA-da 2020-2023-ci illərdəki qanun pozuntuları ilə bağlı araşdırma aparılır - Baş Prokuror
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Milli Elmlər Akademiyasında 2020-2023-ci illərdəki qanun pozuntuları ilə bağlı araşdırma hərtərəfli aparılır.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O qeyd edib ki, həmin cinayət işində bir neçə epizod üzrə istintaq aparılıb:

“Məndə olan məlumata görə artıq bəzi epizodlarda ibtidai istintaq tamamlanıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib. Zərurət olarsa, bu barədə əlavə məlumat veriləcək".

Xəbər lenti

Xəbər lenti