Bakı.Trend:
Azərbaycanda cəza siyasətinin humanistləşdirilməsi istiqamətində davamlı islahatlar həyata keçirilir. Bununla bağlı qanunvericilikdə zəruri tədbirlər görülür.
Trend xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib.
“Avropa Şurasının hesabatı ilə tanışıq. Amma bəzi məsələlərlə razı deyilik. Harada ki, problemlər görürük, onunla bağlı da addımlar atırıq”,- Baş prokuror bildirib.