...

COP29 prezidenti Azərbaycanın iqlim gündəliyinin prioritetlərini açıqlayıb

Cəmiyyət Materials 1 Oktyabr 2025 10:43 (UTC +04:00)
COP29 prezidenti Azərbaycanın iqlim gündəliyinin prioritetlərini açıqlayıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Fermerlərə, kənd icmalarına dəstək və Xəzər dənizi ekosisteminin mühafizəsi Azərbaycanın iqlim gündəliyinin əsas mövzuları olub.

Trend xəbər verir ki, bunu COP29-un prezidenti, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində çıxışı zamanı bildirib.

O qeyd edib ki, kənd təsərrüfatı iqlim dəyişiklikləri qarşısında ən həssas sahələrdən biridir və su ehtiyatları ilə Xəzərin ekoloji problemləri təcili diqqət tələb edir.

Muxtar Babayevin sözlərinə görə, Azərbaycan tərəfindən irəli sürülmüş su və iqlim fəaliyyətlərinə dair COP29 Bəyannaməsinə artıq 60-dan çox ölkə qoşulub. Bu təşəbbüs çərçivəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş Su və İqlim üzrə Bakı Dialoqu işə salınıb.

COP29 prezidentinin sözlərinə görə, Xəzər dənizində su səviyyəsinin sürətlə aşağı düşməsinə xüsusi diqqət yetirilir və bu məsələ gözlənilməz nəticələri olan ekoloji fəlakətə çevrilə bilər. Bu səbəbdən Azərbaycan Xəzəryanı dövlətləri daha sıx əməkdaşlığa çağırır və problemin həlli üçün BMT ilə birgə işləməyə hazır olduğunu bəyan edir.

O bildirib ki, Azərbaycan kənd təsərrüfatı sahəsində “Bakı – fermerlər üçün harmoniya və iqlim” adlı təşəbbüsə start verib. Bu təşəbbüs dəstək proqramlarını vahid platformada birləşdirir ki, bu da fermerlərə lazım olan yardımı daha asan tapmağa, siyasətçilərə isə maliyyələşmədəki boşluqları müəyyənləşdirməyə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti