...

Azərbaycan su ehtiyatlarının idarə olunmasında regional əməkdaşlığı gücləndirməlidir - Dünya Bankı

Gündəm Materials 1 Oktyabr 2025 12:15 (UTC +04:00)
Azərbaycan su ehtiyatlarının idarə olunmasında regional əməkdaşlığı gücləndirməlidir - Dünya Bankı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan sərhədüstü su ehtiyatlarının idarə olunmasında regional əməkdaşlığı gücləndirməlidir.

Trend xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefani Stallmeister Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı bildirib.

O qeyd edib ki, qlobal kontekstdən baxanda, əməkdaşlıq və çoxtərəfli yanaşmalar iqlim dəyişikliyi ilə bağlı çağırışların öhdəsindən gəlmək üçün daha da önəmli olur:

"Azərbaycan ciddi su çatışmazlığı ilə üzləşir. Üstəlik, ölkənin su ehtiyatlarının 70%-i sərhədüstü (transboundary) mənbələrdən gəlir ki, bu da digər ölkələrdən asılılığı artırır və regional əməkdaşlığın vacibliyini göstərir.

Mən bunu innovativ adlandırmaram, amma sərhədüstü su mənbələrinin idarə edilməsi və düzgün hövzə (basin) menecmenti iqlim dəyişikliyinin region üzrə təsiri artdıqca daha da vacib olur. Ən kritik məqam isə Azərbaycanın nə edə biləcəyidir. Əsas məqsəd sudan daha səmərəli və məhsuldar istifadəni təmin etməkdir. Bunun üçün Azərbaycan artıq bir sıra işlər görür. Bunlardan biri suvarma sistemlərinin modernləşdirilməsidir. Bu, mövcud suyun itirilmədən istifadə olunmasını təmin etmək baxımından son dərəcə vacibdir".

Dünya Bankı rəsmisi bildirib ki, ikincisi isə iqlimə uyğun aqrar təsərrüfatdır:

"Azərbaycan artıq bu istiqamətdə müəyyən tədbirlər həyata keçirir, amma əminəm ki, daha çox iş görülməlidir, çünki ehtiyac daha da artıb. Məsələn, quraqlığa və duza daha davamlı yeni bitki sortlarının və toxumlarının tətbiqi çox önəmlidir".

"Bütün bunlar çağırışların öhdəsindən gəlmək üçün kritikdir. Burada yenə də qlobal əməkdaşlıq faydalı ola bilər. Məsələn, bu toxumların hazırlanması, texnologiyaların inkişafı və tətbiqi sahəsində Dünya Bankı və Asiya İnkişaf Bankı kimi təşkilatlar bilik mübadiləsi və tərəfdaşlıqlar yaratmaqda kömək edə bilər. Beləliklə, hər şeyi sıfırdan ixtira etməyə ehtiyac qalmır", - deyə Dünya Bankı nümayəndəsi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti