...

Suvarılan ərazilərin 11-12 faizi müasir avadanlıqlarla təmin edilib - Nazir

Cəmiyyət Materials 1 Oktyabr 2025 12:11 (UTC +04:00)
Suvarılan ərazilərin 11-12 faizi müasir avadanlıqlarla təmin edilib - Nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Suvarılan ərazilərin 11-12 faizi müasir suvarma avadanlıqları ilə təmin edilib.

Trend xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “İqlimədavamlı Aqrobiznes: Strategiya, İnvestisiya və Siyasətin Uyğumlaşdırılması” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu nəticə onu qane etmir.

“Gələcəkdə Azərbaycanda bu göstəricinin 100 faizə çatdırılması istiqamətində işlər görülməlidir”, deyə M.Məmmədov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti