...

3,8 trilyon dollarlıq ərzaq iqlim problemləri səbəbindən məhv olub

İqtisadiyyat Materials 1 Oktyabr 2025 12:28 (UTC +04:00)
3,8 trilyon dollarlıq ərzaq iqlim problemləri səbəbindən məhv olub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Son 30 illik statistik məlumatlara əsasən, 3,8 trilyon dollar dəyərində ərzaq və məhsul quraqlıq, daşqınlar və fəlakətlər səbəbindən məhv olub.

Trend xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi Viorel Qutu Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “İqlimədavamlı Aqrobiznes: Strategiya, İnvestisiya və Siyasətin Uyğumlaşdırılması” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

O bildirib ki, bu göstərici ümumilikdə qlobal kənd təsərrüfatı ÜDM-nin 5 faizini təşkil edir:

“Bu nə qədər böyük risklər, problemlər və çağırışlardan xəbər verir”.

BMT rəsmisi qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatında çalışanlar ümumi işçi qüvvəsinin 36 faizini təşkil edir.

Xəbər lenti

Xəbər lenti