...

AİB su ehtiyatlarının idarə olunması və suvarmanın müasirləşdirilməsində Azərbaycana dəstək olmağa hazırdır

Cəmiyyət Materials 1 Oktyabr 2025 13:03 (UTC +04:00)
AİB su ehtiyatlarının idarə olunması və suvarmanın müasirləşdirilməsində Azərbaycana dəstək olmağa hazırdır
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) su ehtiyatlarının idarə olunması və suvarma infrastrukturunun müasirləşdirilməsi sahəsində Azərbaycana dəstək göstərməyə hazırdır.

Trend xəbər verir ki, bunu AİB-in Azərbaycandakı nümayəndəliyinin direktoru Sunniya Durrani-Camal Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan su ehtiyatları üzrə milli strategiyanın həyata keçirilməsində, suvarma infrastrukturunun müasirləşdirilməsində və məlumatların səmərəli idarə olunması üçün süni intellekt texnologiyalarının tətbiqində AİB-in dəstəyinə arxalana bilər.

Durrani-Camal bildirib ki, xüsusilə çayların aşağı axarında yerləşən ölkələr üçün su resurslarının təminatı baxımından başlanğıc nöqtəsi peyk monitorinqinə əsaslanan risklərin qiymətləndirilməsidir. Bu yanaşma müxtəlif coğrafi zonalarda suyun mövcudluğunu müəyyən etməyə və “istilik nöqtələrini”, yəni daşqın, quraqlıq və ya su qıtlığı riski yüksək olan əraziləri aşkarlamağa imkan verir.

“Bəzən su problemlərinin səbəbləri yalnız iqlimlə deyil, siyasətlə də bağlı olur. Məsələn, Cənubi Asiyada bir ölkədə mövcud subsidiyalaşdırma siyasəti yeraltı suların həddindən artıq istismarına gətirib çıxarmışdı. Bu isə təfsilatlı diaqnostika və yanaşmaların düzəlişini tələb edir”,- deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti