...

Azərbaycan kənd təsərrüfatının iqlim dəyişikliyinə adaptasiyasını gücləndirir

Cəmiyyət Materials 1 Oktyabr 2025 12:48 (UTC +04:00)
Azərbaycan kənd təsərrüfatının iqlim dəyişikliyinə adaptasiyasını gücləndirir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Kənd təsərrüfatında iqlim dəyişikliklərinə adaptasiya məsələləri prioritet hesab olunur, çünki quraqlıq və hava şəraitinin dəyişməsi birbaşa ərzaq təhlükəsizliyinə və aqrar sektorda məşğulluq səviyyəsinə təsir göstərir.

Trend xəbər verir ki, bunu Azərbaycanın Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində jurnalistlərə verdiyi açıqlamada deyib.

O qeyd edib ki, Azərbaycan müasir suvarma üsullarını tətbiq edir, fermerləri su itkilərini minimuma endirən və əkinçiliyin səmərəliliyini artıran texnologiyalardan istifadə etməyə təşviq edir. Məhsul risklərini proqnozlaşdırmağa, iqlim dəyişikliklərinə uyğunlaşmağa və fermer təsərrüfatlarının məhsuldarlığını artırmağa imkan verən yeni texnologiyaların o cümlədən süni intellektin tətbiqi də az əhəmiyyətli deyil.

İ.Qədimova vurğulayıb ki, dövlət orqanları beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir və təcrübə mübadiləsi üçün platformalar yaradır, adaptasiya tədbirləri hazırlayır. Onun sözlərinə görə, İqlim Fəaliyyəti Həftəsində aparılan müzakirələr yalnız kənd təsərrüfatını deyil, həm də nəqliyyat və iqlim dəyişikliyindən təsirlənən digər kritik sahələri əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti