Bakı. Trend:
İqlim dəyişikliyi deyəndə ağla təbii fəlakətlər və onların gətirdiyi fəsadlar gəlir. Lakin su fəlakətinin fermerlərin təsərrüfatına və gəlirlərinə göstərdiyi təsirlər də diqqətdə saxlanılmalıdır.
Trend xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “İqlimədavamlı Aqrobiznes: Strategiya, İnvestisiya və Siyasətin Uyğumlaşdırılması” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycanda ildən-ilə əkin strukturunun dəyişdirilməsi istiqamətində işlər görülür.
“İqlimə dayanıqlılıq fermerin rifah səviyyəsinin yüksəldilməsinə gətirib çıxarır.
İqlim dəyişikliyi bir dövlət, bir bölgənin məsələsi dryil, hamının məsələsidir. Burada özəl sektor nümayəndələri, QHT-lər, sahibkarlar da maraqlı olmalıdırlar və aktiv rol almalıdırlar”, deyə M.Məmmədov qeyd edib.