...

Qadın və gənc fermerlərə dəstək artırılacaq - Nazir

İqtisadiyyat Materials 1 Oktyabr 2025 11:58 (UTC +04:00)
Qadın və gənc fermerlərə dəstək artırılacaq - Nazir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

COP29 tədbiri çərçivəsində Azərbaycan və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) birlikdə həyata keçirilən “Fermer Harmoniya Təşəbbüsü” diqqət mərkəzinə çıxarılıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, sözügedən təşəbbüsün əsas məqsədi COP-lar daxilində təkliflərin koordinasiyasını təmin etmək, beynəlxalq maliyyə qurumlarını prosesə cəlb etməklə fermerlərə maliyyə dəstəyi göstərmək və bölgələrdə çətin vəziyyətdə olan fermerlərə kömək etməkdir.

Həmçinin təşəbbüs çərçivəsində xüsusi seçilən qruplara – qadın və gənc fermerlərə dəstəyin artırılması da prioritet olaraq qeyd edilib.

Nazir Bakı İqlim Fəaliyyəti Həftəsinin öz məqsədlərinə nail olacağına ümid etdiyini bildirib.

COP29 tədbiri çərçivəsində Azərbaycan və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə olan harmoniya təşəbbüsünü bu gün vurğuladıq. Bu, fermer təşəbbüslü bir mərkəzdir. Bunun əsas məqsədi müxtəlif COP-lar daxilində verilən təkliflərin arasında bir koordinasiyanın olunması, eyni zamanda beynəlxalq maliyyə qurumlarının prosesə və fermerlərə maliyyə dəstəyinin verilməsinə cəlb olunması, ən əsası regionlarda, bölgələrdə daha çətin vəziyyətdə olan fermerlərə dəstəyin artırılmasıdır. Həmçinin sözügedən təşəbbüsün məqsədlərindən biri də fermerlər arasında xüsusi seçilən quruplara - həm qadın, həm də gənc fermerlərə dəstəklərin verilməsidir.

Ümid edirəm bu tədbir öz məqsədlərinə nail olacaq.

Xəbər lenti

Xəbər lenti