...

Azərbaycan femerlərə dəstək olmaq və məhsuldarlığın proqnozlaşdırılması məqsədilə Süni İntellektin tətbiqinə başlayır

Cəmiyyət Materials 1 Oktyabr 2025 12:30 (UTC +04:00)
Azərbaycan femerlərə dəstək olmaq və məhsuldarlığın proqnozlaşdırılması məqsədilə Süni İntellektin tətbiqinə başlayır
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

“Kənd təsərrüfatında süni intellekt” adlı yeni layihə Kənd Təsərrüfatı Nazirliyinə, fermer təsərrüfatlarına və dövlətdən olan tərəfdaşlara verilənlər əsasında həllərin qəbul olunmasında yardım etməyə hədəflənib.

Trend xəbər verir ki, bunu Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin süni intellekt üzrə layihəsinin rəhbəri Surxay Novruzov bildirib. O qeyd edib ki, layihə suyun idarəolunması, torpaq müayinəsi, zərərvericilərin və xəstəliklərin monitorinqi, həmçinin milli fermer qiymətləndirmə sistemi daxil olmaqla 30-dan çox tətbiq sahəsini əhatə edir:

"Bunun üçün iqlim, torpaq, bitki genetikasına dair kompleks məlumatlar və 50 illik tarixi modellərdən istifadə olunur ki, bu da don, tozlanma problemləri və xəstəliklərin məhsula təsir risklərini proqnozlaşdırmağa imkan verir. Layihənin vacib alətlərindən biri əkin və torpaq sahələrinin xəritələşdirilməsi olub. Burada peyk məlumatları, aerofoto çəkilişləri, dronlar və 65 min torpaq nümunəsi istifadə edilərək optimal əkin zonalarının müəyyənləşdirilməsi və torpağın keyfiyyətinə nəzarət təmin olunur".

Surxay Novruzovun sözlərinə görə, artıq 30 min iştirakçını əhatə edən fermerlərin qiymətləndirilməsi sistemi (Farmer Scoring) tətbiq olunub ki, bu da banklar, şirkətlər və Kənd Təsərrüfatı Nazirliyinə fermerlərin səmərəliliyinə əsaslanan siyasət qurmağa imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti