...

Bakının neçə faiz ərazisində içməli su təminatı fasiləsiz həyata keçirilir? - AÇIQLAMA

Cəmiyyət Materials 1 Oktyabr 2025 14:04 (UTC +04:00)
Bakının neçə faiz ərazisində içməli su təminatı fasiləsiz həyata keçirilir? - AÇIQLAMA
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxtda su xəttinə qoşulmalarda qanunsuzluqlara yol verilən ərazilərdə içməli su təminatında fasilələr edilir.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat katibi Ceyhun Musayev deyib.

Qurum rəsmisi vurğulayıb ki, Bakı şəhərinin 80%-dən çox ərazisində içməli su təminatı fasiləsiz həyata keçirilir.

“Hətta magistral xətlərin üzərində də evlərin tikildiyi ərazilər var. Planlaşdırılandan əlavə yaşayış obyektlərinin olması səbəbindən suyun təminatı qrafik rejimlə həyata keçirilir. Qrafiklə suyun verilməsi günün eyni vaxtlarında suyun kəsilib, bərpa edilməsi demək deyil. Bu zaman insanların işdən evə gəldikləri vaxt , səhər suya olan tələbat nəzərə alınır”.

C.Musayev bildirib ki, su təchizatının hər yerdə fasiləsiz təminatı üçün su ehtiyatı nəzərə alınmalıdır.

“Su kanal idarələrinin qəza xidmətləri xətlərdə baş verən problemlə bağlı günün 7 günü 24 saat fasiləsiz olaraq çalışırlar”,- deyə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti