...

İsveçrə buzlaqları bu il ümumi kütləsinin 3%-ni itirib

Dünya xəbərləri Materials 1 Oktyabr 2025 13:50 (UTC +04:00)

Bakı. Trend:

İsveçrənin buzlaqları son 12 ay ərzində əhəmiyyətli dərəcədə əriyib. Bu, indiyədək qeydə alınan dördüncü ən böyük göstəricidir.

Trend xəbər verir ki, bu barədə İsveçrə Kriosfer Müşahidə Komissiyasının illik hesabatında qeyd olunub.

Bildirilib ki, qışda, xüsusilə Alp dağlarının şimal-şərq hissəsinə az qar yağması, ardınca isə iyunda baş verən isti hava dalğaları səbəbindən buzlaqlar öz ümumi kütlələrinin 3%-ni itirib.

Qeyd olunub ki, buzlaqların əriməsi 2022 və 2023-cü illərdəki qədər kəskin olmasa da (həmin illərdə müvafiq olaraq 5,9% və 4,4% itki qeydə alınmışdı), tendensiya açıq-aşkar görünür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti