Bakı. Trend:
Medianın İnkişafı Agentliyi "TRT"nin əməkdaşının Qəzzada həlak olması ilə bağlı başsağlığı verib.
Trend xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin rəsmi "Facebook" hesabında paylaşım edilib.
"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Qəzzada
peşə borcunu yerinə yetirərkən həyatını itirən jurnalist Yahia
Barzaqın həlak olması ilə bağlı Türkiyə ictimaiyyətinə, TRT
ailəsinə və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!", - deyə paylaşımda qeyd edilib.