Bakı. Trend:
INMerge İnnovasiya Forumunun ən çox ziyarət olunan məkanlarından biri “PAŞA Bank”ın interaktiv stendi olub. Müştəri mərkəzli yanaşmanı ön plana çıxaran Bank, ziyarətçilərə innovativ təcrübə bəxş edən xüsusi formatı ilə fərqlənib.
Forum iştirakçıları üçün təqdim edilən “CX Hero Challenge” oyunu
tədbirin əsas maraq mərkəzlərindən birinə çevrilib. Oyun qonaqlara
müxtəlif biznes personajlarının gündəlik bankçılıq çətinliklərini
hiss etmək və onlara ən optimal həll yollarını seçmək imkanı
yaradıb. Beləliklə, iştirakçılar sadəcə tamaşaçı yox, Bankın
müştəri yolunun bir parçasına çevriliblər.
Əyləncəli xal toplama mexanizmi sayəsində oyun həm rəqabətli, həm də praktiki olub – düzgün cavablar iştirakçıların xalını artırıb, ən yüksək nəticə göstərənlər isə faydalı hədiyyələrlə mükafatlandırılıb. Ziyarətçilər həm rəqəmsal həllərin üstünlüklərini tanıyıb, həm də müştəri yönümlü düşüncəni əyləncəli formada təcrübədən keçiriblər.
Cəmi iki gün ərzində 400-dən çox qonaq bu oyunda iştirak edib.
Onlar “PAŞA Bank”ın məhsul və xidmətləri ilə tanış olmaqla yanaşı,
təqdimatın innovativ formatını və hədiyyələrin dəyərini xüsusi
vurğulayıblar.
“PAŞA Bank” INMerge Forumuna platin sponsor kimi dəstək göstərib və
tədbir çərçivəsində “Məsuliyyətli bankçılıq” mövzusuna həsr olunmuş
vertikala ev sahibliyi edib. Sessiyada dayanıqlılıq, etik bankçılıq
və müştəri mərkəzliliyinin maliyyə sektorunda rolu müzakirə
olunub.
“PAŞA Bank” son illərdə rəqəmsal bankçılıq və biznes xidmətlərində nailiyyətlər əldə edərək xüsusilə kiçik və orta sahibkarlığı dəstəkləyir və müştəri məmnuniyyətini strateji prioritet kimi müəyyən edib.