...

"Euronews" Bakı Təhlükəsizlik Forumunun uğurları barədə material dərc edib

Siyasət Materials 1 Oktyabr 2025 12:07 (UTC +04:00)
"Euronews" Bakı Təhlükəsizlik Forumunun uğurları barədə material dərc edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Euronews” bu yaxınlarda Azərbaycanda keçirilmiş Bakı Təhlükəsizlik Forumunun uğurları haqqında material dərc edib.

Trend-in xəbərinə görə, materialda qeyd olunur ki, Azərbaycanda keçirilən üçüncü Bakı Təhlükəsizlik Forumunda 80-dən çox ölkənin nümayəndələri iştirak edib, diqqət isə terrorizmə, kibercinayətkarlığa, dezinformasiyaya və humanitar böhranlara qarşı mübarizədə beynəlxalq əməkdaşlığa yönəldilib.

Forum dünya ölkələrindən rəsmi şəxsləri transsərhəd əlaqələndirmə və müasir təhlükəsizlik təhdidlərinin müzakirəsi üçün bir araya gətirib.

“Məruzəçilər vurğulayıblar ki, qlobal terror şəbəkələrinə yalnız hökumətlərin vahid strategiyaları vasitəsilə effektiv şəkildə sinə gəlmək mümkündür. Forumda ilk dəfə olaraq BMT-nin iştirak etməsi tədbirin real təhlükəsizlik tədbirlərinin hazırlanması baxımından əhəmiyyətini göstərir. Nümayəndələr belə bir qənaətə gəliblər ki, sürətlə dəyişən təhlükəsizlik mühitində vətəndaşların qorunması , dövlətlərin dayanıqlığının gücləndirilməsi və ölkələr arasında etimadın inkişafı üçün beynəlxalq əməkdaşlıq bu gün həyati əhəmiyyət daşıyır”, - deyə məqalədə bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti