...

Qazaxıstanda 52 yaşlı şəxsdən 72 kiloqram narkotik vasitə götürülüb

Dünya xəbərləri Materials 1 Oktyabr 2025 04:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın Akmola vilayətində 52 yaşlı sakindən 470-dən çox narkotik tərkibli bitki və təxminən 72 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb.

Trend-in məlumatına görə, bu barədə polis idarəsinin mətbuat xidməti xəbər yayıb.

Akmola vilayətinin sakini Kokşetau nəqliyyat prokurorluğunun koordinasiyası ilə Kokşetau stansiyasında xətti polis şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Polis qanunsuz narkotik bitkilərin becərilməsi faktı ilə bağlı ibtidai araşdırma aparır.

Xəbər lenti

Xəbər lenti