Bakı. Trend:
Polşa Seyminə (parlament) 2026-cı il üçün dövlət büdcəsi layihəsi təqdim olunub.
Trend xəbər verir ki, sənəddə müdafiə xərclərinin rekord həddə çatacağı qeyd edilib.
Dövlət büdcəsinin ümumi xərcləri 250 milyard dollardan çox olacaq və 74,5 milyard dollarlıq kəsirlə müşayiət ediləcək. Müdafiə üçün isə ÜDM-in 4,81 faizinə uyğun gələn 54,9 milyard dollardan çox vəsait ayrılması nəzərdə tutulur.
Planlara görə, Polşanın hərbi xərcləri 51,2 milyard dollara çatacaq ki, bu da ölkə ÜDM-nin 4,7 faizinə bərabərdir.