...

Qarabağ regionu üzrə turizm bələdçiləri hazırlanacaq

İqtisadiyyat Materials 1 Oktyabr 2025 08:28 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ regionu üzrə turizm bələdçilərinin hazırlanması, sertifikatlaşdırılması və Qarabağ bölgəsi üzrə onlayn turizm bələdçisi şərh kitablarının tərtib edilməsi işlərinə başlanılır.

Trend-in məlumatına görə, eyni zamanda Bakı- Abşeron regionunda və ümumilikdə turizm bələdçiliyinin keyfiyyətinin yüksəldilməsi məqsədilə çindilli bələdçilərin hazırlanması və sertifikatlaşdırılması xidmətləri də aparılacaq.

Belə ki, Dövlət Turizm Agentliyi artıq bununla bağlı müvafiq işlərə start verib.

Agentlik sözügedən işlərin icrasını Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası İctimai Birliyinə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, ictimai birliyə 118 min manat ödənilib.

Xəbər lenti

Xəbər lenti