...

Azərbaycan su ehtiyatlarının idarəolunması üzrə rəqəmsal strategiya hazırlayır

Cəmiyyət Materials 1 Oktyabr 2025 15:00 (UTC +04:00)
Azərbaycan su ehtiyatlarının idarəolunması üzrə rəqəmsal strategiya hazırlayır
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan su ehtiyatlarının idarəolunması üzrə rəqəmsal strategiya hazırlayır.

Trend xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyinin elm və innovasiyalar sektorunun rəhbəri Əliağa Əzizov Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, verilənlərin dəqiq olması su ehtiyatlarının effektiv idarəolunması baxımından əsas element sayılır. Suyun rəqəmsallaşdırılması üzrə milli strategiya çərçivəsində kompleks rəqəmsal platformanın yaradılması planlaşdırılır. Belə bir platforma ölkənin su obyektləri haqda bütün informasiyanın toplanmasını, emalını və təhlilini özündə birləşdirəcək.

“Platforma yalnız suyun bölgüsünü izləməyə və su ehtiyatlarını idarə etməyə imkan verməyəcək, həm də tədqiqatçılar, tələbələr və ictimaiyyət üçün məlumatlara çıxış təmin edəcək. Bundan əlavə, strategiya çərçivəsində geoinformasiya sistemləri əsasında su atlasının yaradılması nəzərdə tutulur, burada anbarlardan və kanallardan tutmuş quyular və su kəmərlərinə qədər bütün su obyektləri əks olunacaq”,- deyə Ə.Əzizov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti