...

Asiya İnkişaf Bankı Azərbaycanda özəl sektora investisiyaları artırmaq niyyətindədir

Dünya xəbərləri Materials 1 Oktyabr 2025 14:43 (UTC +04:00)
Asiya İnkişaf Bankı Azərbaycanda özəl sektora investisiyaları artırmaq niyyətindədir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın özəl sektoruna investisiyaları artırmaq niyyətindədir.

Trend xəbər verir ki, bunu AİB-nin Azərbaycan və Türkmənistanda əməliyyatlar üzrə rəhbəri Marina Rouz Best Bakı İqlim Fəaliyyəti Həftəsində bildirib.

O vurğulayıb ki, AİB Asiya və Sakit Okean regionu ölkələrində özəl sektora aid layihələrə hər il 8 milyarda yaxın investisiya qoyur və bank Azərbaycanda özəl sektoru aktiv şəkildə genişləndirmək niyyətindədir.

“Son illər ərzində biz ölkədə artıq bir neçə özəl kənd təsərrüfatı layihəsi gerçəkləşdirmişik. Belə ki, ötən il biz “Veysəloğlu” şirkətinə tədarük zəncirlərinin və nəqliyyat logistikasının inkişafı üçün 10 milyon dollar ayırmışıq. Layihə çərçivəsində şirkət yük maşınları üçün çox-səviyyəli soyutma sistemləri olan elektrik avtopark tətbiq edib. Bundan əlavə, yerli fermerlərin bu tədarük zəncirlərinə inteqrasiyasına kömək etmək üçün layihəyə 500 min dollar qrant da daxil edilib",- deyə əməliyyatlar üzrə rəhbər qeyd edib.

O bildirib ki, 2021-ci ildə bank kiçik fermerlərin mikromaliyyələşdirilməsi üçün “Bank Respublika”ya 20 milyon dollar, həmçinin kənd təsərrüfatı təchizat zəncirləri və logistikanın dəstəklənməsi üçün 5,9 milyon dollar ayırıb.

“Biz gələcəkdə də özəl sektorla fəal əməkdaşlıq etməyə çalışırıq, çünki məhz bu əməkdaşlıq ölkədə kənd təsərrüfatının inkişafı üçün açar rolunu oynayır”, - deyə R. Best əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti