...

Özbəkistan nümayəndə heyəti üçün Bakının tarixi və mədəni məkanlarına mediatur təşkil edilib (FOTO)

Cəmiyyət Materials 1 Oktyabr 2025 14:41 (UTC +04:00)
Özbəkistan nümayəndə heyəti üçün Bakının tarixi və mədəni məkanlarına mediatur təşkil edilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ölkəmizdə səfərdə olan Özbəkistan nümayəndə heyəti üçün Bakının görməli yerlərinə mediatur təşkil olunub.

Trend xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, ilk olaraq qonaqlar dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Onlara Mərkəzin müasir memarlıq üslubu, innovativ konsepsiyası, həmçinin burada təqdim olunan ekspozisiyalar haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının, Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzdə həmçinin Heydər Əliyev Muzeyinin yaradıldığı vurğulanıb. 2013-cü ildən fəaliyyət göstərən Muzeydə Ümummilli Lider Heydər Əliyevin həyat yolu haqqında maraqlı faktlar foto və videomateriallar vasitəsilə qonaqlara təqdim edilib.

Daha sonra nümayəndə heyəti Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edib. Qonaqlara muzeyin tarixi, milli və dünya incəsənət nümunələrini özündə birləşdirən zəngin kolleksiyası, müxtəlif auditoriyalar üçün təşkil olunan mədəni və təhsil proqramları, eləcə də digər fəaliyyət istiqamətlərindən bəhs edilib.

Mediatur çərçivəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə XII əsrə aid divarlarla əhatə olunmuş, Şərq memarlığı və tarixi ilə zəngin, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhər ziyarət olunub. Qonaqlara qeyri-adi memarlıq özəllikləri ilə seçilən Qız qalası və Bakının tarixi tikililəri arasında mühüm yer tutan Şirvanşahlar Sarayı Kompleksi də daxil olmaqla, İçərişəhərin digər tarixi-memarlıq abidələri, eləcə də turizm imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər haqqında geniş məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti