...

Urbanizasiya və rəqəmsallaşma Azərbaycanın su ehtiyatları üçün yeni çağırışlara çevrilir - AİB

Cəmiyyət Materials 1 Oktyabr 2025 15:10 (UTC +04:00)
Urbanizasiya və rəqəmsallaşma Azərbaycanın su ehtiyatları üçün yeni çağırışlara çevrilir - AİB
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Urbanizasiya və rəqəmsallaşdırma Azərbaycanın su ehtiyatları üçün yeni çağırışlara çevrilir.

Trend xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin direktoru Sunniya Durrani-Camal Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı danışıb.

O vurğulayıb ki, kənd təsərrüfatı ilə yanaşı, ölkənin su ehtiyatlarına urbanizasiya və rəqəmsal texnologiyaların artımı da təsir göstərir.

Durrani-Camalın sözlərinə görə, su birbaşa ərzaq təhlükəsizliyinə və enerji təchizatına təsir edir, ələlxüsus da hidroenergetikası inkişaf etmiş ölkələrdə. Bununla belə, onun fikrincə, digər mühüm məqamlar da var:

“Mən su ehtiyatlarına əlavə təzyiq göstərən iki amili qeyd etmək istəyirəm – urbanizasiya və rəqəmsallaşma.”

AİB direktoru bildirib ki, Azərbaycanın əhalisinin nisbətən az olmasına baxmayaraq, sürətlə böyüyən şəhərlər, xüsusilə Bakı, su ehtiyatlarına ciddi yük yaradır. Rəqəmsallaşmaya gəlincə, süni intellekt və böyük verilənlərin istifadəsi serverlərin və avadanlıqların soyudulması üçün böyük həcmdə su tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti